Azərbaycanın qadınlardan ibarət millisi Monteneqro ilə heç-heçəyə razılaşıb

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Monteneqro ilə heç-heçəyə razılaşıb.
Redaktor.az-ın məlumatına görə, Nikşiç şəhər stadionunda baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qarşılaşmada hesabı seçməmizin heyətində 54-cü dəqiqədə Manə Mollayeva açıb. Rəqib komanda məğlubiyyətdən 90+2-ci dəqiqədə qaçıb. Jasna Dokoviç penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib.
Yığma bu nəticələrin ardından C Liqasının IV qrupunda 5 xalla ikinci sıradadır. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.