“Arsenal” “Real Madrid”i, “İnter” “Bavariya”nı məğlub etdi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Redaktor.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turnirin son qalibi olan İspaniya "Real Madrid"i İngiltərədə "Arsenal"a böyük hesabla uduzub - 0:3. London klubunun qollarını 58 və 70-ci dəqiqələrdə Deklan Rays, 75-ci dəqiqədə Mikel Merino vurublar.
Almaniyanın "Bavariya" klubu isə öz meydanında İtaliya "İnter"i ilə bacarmayıb. Milan klubu səfərdə 2:1 hesablı qələbə qazanıb. Qonaqların heyətində 38-ci dəqiqədə Lautaro Martines, 88-ci dəqiqədə Davude Fratezi fərqləniblər. Meydan sahiblərinin yeganə qoluna isə 85-ci dəqiqədə Tomas Müller imza atıb.
Qeyd edək ki, 1/4 finalın digər iki oyunu bu gün keçiriləcək.