"Barselona" hücumçusu ilə yollarını ayıra bilər

 19:12 09.04.2025     227

İspaniyanın "Barselona" klubu hücumçusu Ansi Fati ilə yollarını ayıra bilər.

Redaktor.az xəbər verir ki, cari mövsüm kataloniyalıların heyətində az-az meydana çıxan 22 yaşlı oyunçunun xidmətində La Liqa təmsilçisi "Jirona" maraqlıdır.

"Qırmızı-ağlar" forvardı uzunmüddətli icarəyə götürməyi planlaşdırırlar.

Qeyd edək ki, "transfermarkt" portalı Fatinin dəyərini 5 milyon avro qiymətləndirir.