"Barselona" darmadağınla qalib gəldi, PSJ isə... - Çempionlar Liqası

 07:58 10.04.2025     310

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Redaktor.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma keçirilib.

İspaniya “Barselona”sı doğma meydanda Almaniyanın “Borussiya Dortmund” klubunu darmadağın edib - 4:0. Qolları Rafinya, Robert Levandovski (2) və Lamin Yamal vurublar.

Digər oyunda isə Fransa PSJ-si İngiltərənin “Aston Villa” komandasını sınağa çəkib. Paris təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Dezire Due, Xviça Kvaratsxeliya və Nunu Mendeş fərqləniblər. Qonaqların qoluna isə Morqan Rocers imza atıb.

Qeyd edək ki, bu raundun əvvəlki matçlarında İspaniya “Real Madrid”i İngiltərədə “Arsenal”a 0:3, Almaniya “Bavariya”sı isə evdə İtaliya “İnter”inə 1:2 hesabı ilə uduzub. Cavab görüşləri aprelin 15-16-da təşkil olunacaq.