Ronaldonun hoteli yandı - VİDEO

Portuqaliya millisinin və “Ən-Nəsr”in ulduzu Kriştiano Ronaldonun Mərakeşdəki hotelində yanğın baş verib.
Redaktor.az bu barədə “Goal” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, “Pestana CR7” adlı 4 ulduzlu hotelə ciddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
İlkin məlumata görə, yanğına səbəb qısaqapanma olub.
Görüntüləri təqdim edirik:
