Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyunu təxirə SALINDI

 19:14 10.04.2025     173

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün keçirilməli olan "Abşeron" - NTD oyunu təxirə salınıb.

Azərbaycan Basketbol Federasiyasından Redaktor.az-a verilən məlumata görə, qarşılaşma Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış texniki problemə görə təxirə düşüb.

Matç sabah 16:00-da baş tutacaq.

Qeyd edək ki, görüş bu gün saat 19:00-da başlamalı idi.