Eldəniz Əzizli erməni rəqibini məğlub edib finala ÇIXDI

 20:30 11.04.2025     182

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

Redaktor.az xəbər verir ki, o, finala gedən yolda Ermənistan təmsilçisi Manvel Xaçataryanla qarşılaşıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən güləşçimiz ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, bu, E.Əzizli üçün dördüncü Avropa çempionatının finalıdır.