Azərbaycanın futzal millisi İsveçə məğlub OLDU

 23:03 11.04.2025     203

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda V turda “Helsinqborq Arena”da İsveçin qonağı olub.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edib.

Görüş Azərbaycan millisinin 4:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Yığmanın heyətində Oqtay Rüstəmli dubla imza atıb, Xətai Bağırov isə üçüncü qolu vurub.

Qeyd edək ki, V qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu – dördüncüdür.