"Traktor" səfərdə xal itirdi

 02:58 12.04.2025     199

Futbol üzrə İran çempionatının lideri “Traktor” növbəti matçını keçirib.

Redaktor.az xəbər verir ki, Güney Azərbaycan təmsilçisi 26-cı turda səfərdə “Şadormalu”nun qonağı olub.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, rəqiblərindən bir oyun az keçirən Təbriz təmsilçisi 55 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyiciləri “Sepahan” 53 xalla ikinci, “Persepolis” isə 51 xalla üçüncüdür.