“Mançester Siti”dən Yamal üçün 275 milyonluq təklif

 09:12 12.04.2025     175

“Barselona”nın vingeri Lamin Yamal karyerasını İngiltərədə davam etdirə bilər. 

Redaktor.az xəbər verir ki, bu barədə “Barca Universal” məlumat yayıb.

Bildirilib ki, “Mançester Siti” futbolçunun xidmətində maraqlıdır və transfer üçün Kataloniya klubuna 275 milyon avro təklif edib.

Keçid baş tutarsa, bu futbol tarixinin ən bahalı transferi ola bilər.

Qeyd edək ki, Lamin bu mövsüm 43 matçda iştirak edib, 14 qol vurub və 21 məhsuldar ötürmə edib. Futbolçunun “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 180 milyon avro qiymətləndirir.