"Beşiktaş"ın sabiq prezidenti hücuma məruz QALDI

Türkiyənin "Beşiktaş" futbol klubunun sabiq prezidenti Hasan Arat hücuma məruz qalıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu, Direktorlar Şurasının iclası zamanı baş verib.
H. Arat çıxış etdiyi vaxt təzyiqlə üzləşib.
Hadisədən sonra toplantı təxirə salınıb.