Azərbaycanın daha üç yunan-Roma güləşçisi finala vəsiqə QAZANDI

 19:50 12.04.2025     243

Azərbaycanın daha üç yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Redaktor.az-ın məlumatına görə, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (72 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal uğrunda görüşdə iştirak edəcəklər.

Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finalda uduzublar.

Bu çəkilərdə mükafat uğrunda qarşılaşmalar sabah baş tutacaq.

Qeyd edək ki, bu gün dörd yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) finalda mübarizə aparacaq, Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc mükafat qazanmağa çalışacaq.

Vumart və Güvən reklamı Vumart Güvən