Eldəniz Əzizli Avropa çempionatında gümüş medal əldə ETDİ

 20:41 12.04.2025     232

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

Redaktor.az-ın məlumatına görə, təcrübəli idmançı yarışın finalındü rusiyalı Emin Seferşayevə (UWW) uduzub.

Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2022-ci illərdə də Avropa çempionatında qızıl mükafat qazanıb. Bu gün Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal görüşünə çıxacaqlar.

Vumart və Güvən reklamı Vumart Güvən