"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşdi

 21:02 13.04.2025     176

"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, "Saxır" dairəsində keçirilən yarışın qalibi "McLaren"in avstraliyalı pilotu Oskar Piastri olub.

İkinci yerdə "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel qərarlaşıb. İlk "üçlüy"ü "McLaren” komandasının digər pilotu Lando Norris tamamlayıb.

Qeyd edək ki, O.Piastri ötən gün Bəhreyn Qran-prisinin sıralama turunun da qalibi olmuşdu.