Fənərbaxça" səfərdə "Sivasspor"u məğlub ETDİ

 22:26 13.04.2025     157

Türkiyə Super Liqasında XXXI turun görüşləri davam edir.

Redaktor.az xəbər verir ki, günün ilk matçında autsayder "Hatayspor" səfərdə "Qaziantepspor"la qarşılaşıb.

Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi matçında "Fənərbaxça" səfərdə "Sivasspor"la qarşılaşıb. "Sarı-lacivərdlilər" rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.