Benzia “Qarabağ”dan gedə BİLƏR

 11:30 15.04.2025     148

“Qarabağ”ın əlcəzairli futbolçusu Yasin Benziya bu yay komandasını dəyişə bilər.

Redaktor.az Əlcəzair mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantları var.

Həmçinin milli komanda yoldaşları Riyad Mahrez və Said Benrahmanın artıq çıxış etdiyi Səudiyyə Ərəbistanı liqasını seçməklə millidəki mövqeyini möhkəmləndirəcəyi də qeyd edilir.

Qeyd edək ki, Benziyanın Ağdam klubu ilə müqaviləsi bu yay başa çatır. Daha əvvəl futbolçunun özü bəyan etmişdi ki, tərəflər əməkdaşlığın uzadılması ilə bağlı danışıqlar aparırlar.

Məsələ burasındadır ki, Benzia “Qarabağ”dan maaşının artırılmasını istəyir.