"Barselona" və PSJ yarımfinalda - Çempionlar Liqası

 07:31 16.04.2025     183

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Redaktor.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Barselona” Almaniyada “Borussiya Dortmund”un, PSJ isə İngiltərədə “Aston Villa”nın qonağı olub.

“Barselona” və PSJ cavab görüşlərində məğlub olsalar da, ilk oyundakı nəticələrə əsasən, yarımfinala yüksəlib.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

23:00. “Borussiya Dortmund” (Almaniya) - “Barselona” (İspaniya) - 3:1 (ilk oyun - 0:4)

23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa) - 3:2 (ilk oyun - 1:3)

Qeyd edək ki, bu raundun digər cavab matçları bu gün keçiriləcək.