UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun VURULACAQ

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.
Redaktor.az xəbər verir ki, ikinci oyun günündə son yarımfinalçılar müəyyənləşəcək.
"Real" doğma meydanda "Arsenal"la üz-üzə gələcək.
"Bavariya" klubu isə İtaliyada "İnter"in qonağı olacaq.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
23:00. “Real" (İspaniya) - “Arsenal" (İngiltərə)
İlk oyun - 0:3.
23:00. “İnter" (İtaliya) - "Bavariya" (Almaniya)
İlk oyun - 2:1.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə aprelin 29-da start veriləcək.