Azərbaycanlı boksçu yarışlardan 4 illik KƏNARLAŞDIRILDI

 15:23 17.04.2025     173

Azərbaycan boksçusu Fərid Sadıqov dopinqə görə 48 aylıq diskvalifikasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında məlumat yayılıb.

İdmançının nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb.

İdmançı qadağan edilmiş maddə və üsuldan istifadə və ya istifadə cəhdinə görə bu cəzaya məruz qalıb.

Diskvalifikasiya qərarı 2024-cü il yanvarın 1-dən qüvvəyə minib və sanksiya 2028-ci ilin eyni tarixinə qədər davam edəcək.