"Bavariya" cənubi koreyalı futbolçusunu satmağı planlaşdırır

 23:30 17.04.2025     178

Almaniyanın "Bavariya" klubu müdafiəçisi Kim Min Ceni satmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, münhenlilər cənubi koreyalı oyunçunun satışından əldə edəcəyi məbləğlə başqa bir müdafiəçini sıralarına cəlb etməyi düşünür.

"Bavariya" 28 yaşlı oyunçunun boşluğunu "Bornmut"un (İngiltərə) üzvü Din Heysenlə doldurmaq istəyir.

Qeyd edək ki, Kim Min Ce 2023-cü ildə 50 milyon avro qarşılığında "Napoli"dən (İtaliya) "Bavariya"ya keçib.