UEFA Konfrans Liqasında yarımfinalçılar bəlli OLDU

 09:27 18.04.2025     189

UEFA Konfrans Liqasında yarımfinalçılar bəlli olub.

Redaktor.az xəbər verir ki, turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Baş tutan oyunlardan sonra İspaniya təmsilçisi “Betis”yarımfinalda İtaliyanın “Fiorentina” klubuna rəqib olub.

Digər cütdə isə İngiltərənin “Çelsi” və İsveçin “Yurqorden” kollektivləri güclünü ayırd etməyə çalışacaqlar.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, cavab görüşləri

“Fiorentina” (İtaliya) - “Sele” (Sloveniya) 2:2

İlk oyun - 2:1.

“Yagelloniya” (Polşa) - “Betis” (İspaniya) 1:1

İlk oyun - 0:2.

“Çelsi” (İngiltərə) - “Legiya” (Polşa) 1:2

İlk oyun - 3:0.

“Rapid” (Avstriya) - “Yurqorden” (İsveç) 1:4

İlk oyun - 1:0.

Qeyd edək ki, UEFA Konfrans Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.