Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşdi

 20:35 18.04.2025     168

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib.

Redaktor.az xəbər verir ki, "Azərreyl” və " Xilasedici" kollektivlərinin görüşündə birincilər həlledici mərhələyə yüksəlib.

İlk yarımfinal oyununda 3:0 hesabı ilə qalib gələn "Azərreyl" ikinci matçda 1:3 hesabı ilə uduzub. Bu səbəbdən cütün taleyi qızıl setdə həll olunub. Burada rəqibini (15:13) üstələyən Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv adını finala yazdırıb.

Həlledici mərhələyə digər vəsiqəni isə "Murov Az Terminal" kollektivi əldə edib. Birinci yarımfinal qarşılaşmasında "Neftçi"yə 3:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi ikinci görüşdə də eyni hesablı qələbəyə sevinib.