"Araz-Naxçıvan"ın baş məşqçisi futbolçularına göstərilən ikinci sarı vərəqədən narazı QALDI

 22:35 18.04.2025     177

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Turan Tovuz"la bərabərə qaldıqları Misli Premyer Liqasının XXXI turunun oyununda Vanderson Meloya göstərilən ikinci sarı vərəqənin doğru qərar olmadığını söyləyib.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə görüşdən sonra baş tutan mətbuat konfransında bildirib.

O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Ağır görüş alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bizi nəyin gözlədiyini bilirdik və hazırlıq zamanı rəqibin üstün cəhətlərini bildirmişdik. Heç-heçə oynadıq, aktivimizə daha bir xal əlavə etdik. Həyətimizdə zədəli futbolçular çox olduğuna görə, rotasiya edə bilmirik. Vandersona göstərilən ikinci sarı vərəqə məncə doğru qərar deyildi. Bu görüşü unudub qarşıdakı oyunlara hazırlayacağıq".

Qeyd edək ki, XXXI turun görüşündə "Araz-Naxçıvan" doğma meydanda "Turan Tovuz" heç-heçəyə razılaşıb - 1:1.