Mahir Emreli bu dəfə 2-ci dəqiqədə fərqləndi - VİDEO

Almaniya 2-ci Bundesliqasında 30-cu turunun matçları keçirilir.
Redaktor.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” doğma meydanda “Paderborn” klubu ilə qarşılaşır.
Yığmamızın hücumçusu matçın 2-ci dəqiqəsində hesabı açıb.
Hazırda davam edən qarşılaşmada hesab 1:1-dir.
Qeyd edək ki, M.Emreli ötən tur da qolla yadda qalmışdı.