"Qarabağ"a 0:3 hesabı ilə uduzmağımız ağır durumdur - Samir Abasov

 22:44 19.04.2025     113

"Qarabağ"a 0:3 hesabı ilə uduzmağımız ağır durumdur.

Redaktor.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a qarşı Misli Premyer Liqasının XXX turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Bu gün Azərbaycan derbisinə şahidlik etdik. "Neftçi"nin qələbəsini gözləyən insanları başa düşürəm. "Qarabağ"a 0:3 hesabı ilə uduzmağımız ağır durumdur. Lakin bu, avrokuboklarda iştirak edə bilmərik anlamına gəlmir. Qarşılaşmaya pis başlamadıq. Lakin fərdi səhvlər ucbatından ardıcıl qollar buraxdıq. Fərqlənmək üçün şanslarımız olsa da, bunlardan yararlana bilmədik".

Qeyd edək ki, XXX turun görüşündə "Neftçi" səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzub.