“Fənərbaxça” öz meydanında vacib iki xal İTİRDİ

 22:12 20.04.2025     118

Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

"Başakşehir" “Qaziantep”lə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib.

“Eyüpspor” Rize səfərindən əliboş dönüb. Komanda minimal hesabla məğlub olub.

"Fənərbaxça" isə “Kayserispor”la üz-üzə gəlib. Oyunun gedişində “sarı-lacivərdlilər” hesabda geri düşüb. İstanbul təmsilçisi ikinci hissədə Allen San Maksimen və Talişkanın qolları ilə üstünlüyə yiyələnib. Lakin son dəqiqələrdə Talha Sarıarslan qonaqlara 1 xal qazandırıb - 3:3.

Beləliklə, “Fənərbaxça” və “Qalatasaray” arasındakı xal fərqi yenidən 5-ə qalxıb.

Türkiyə Super Liqası

XXXII tur

20 aprel

14:30. "Başakşehir" – "Qaziantep" 2:1

17:00. "Rizespor" - "Eyüpspor" 1:0

20:00. "Fənərbaxça" – "Kayserispor" 3:3