İtaliyada futbol oyunları təxirə SALINDI

Aprelin 21-də İtaliya A seriyasında keçirilməsi nəzərdə tutulan dörd oyun Roma Papası Fransiskin vəfatı səbəbindən təxirə salınıb.
Redaktor.az xəbər verir ki, bu barədə liqanın rəsmi "X" hesabında paylaşım edilib.
"Roma Papasının vəfatı ilə əlaqədar olaraq A seriyası bu gün çempionatda keçirilməsi planlaşdırılan matçların daha sonrakı tarixə təxirə salındığını elan edir".
Təxirə salınan görüşlər "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus" matçlarıdır.
İtaliya çempionatının turnir cədvəlinə 71 xal toplayan "İnter" başçılıq edir. İkinci yerdə 71 xala malik "Napoli" qərarlaşıb. Lider üçlüyü 64 xalla "Atalanta" tamamlayır.
Xatırladaq ki, 88 yaşlı Roma Papası Fransisk bu gün vəfat edib.