“Barselona”da ciddi itki - Final və ÇL matçını buraxacaq

 17:20 21.04.2025     141

İspaniyanın “Barselona” klubunun heyətində ciddi itki baş verib.

Redaktor.az xəbər verir ki, La Liqa nəgənginin hücumçusu Robert Levandovski sıradan çıxıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Polşalı forvard 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Levandovski bu müddətdə komandanın vacib oyunlarını buraxmalı olacaq.

36 yaşlı futbolçu İspaniya Kubokunun “Real”la final görüşündə (26 aprel) və “İnter”lə Çempionlar Liqası yarımfinal mərhələsinin ilk matçında (30 aprel) komandaya kömək edə bilməyəcək.