Daha iki futbolçunun "Qarabağ"ı tərk edəcəyi dəqiqləşdi

 19:24 21.04.2025     113

"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.

Redaktor.az saytına verilən məlumata görə, daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.

Ağdam təmsilçisi Amin Ramazanovla vidalaşacaq.

Onun klubla müqavilə müddəti yayda başa çatacaq. Lakin tərəflər yeni sözləşmə imzalamayacaqlar.

Həmçinin "Qarabağ" Sadiq Ramazanovun gedişinə də şərait yaradacaq.

Gənc qapıçını Serbiyanın "İMT Beoqrad" klubu heyətinə qatmaq istəyir. Ağdam təmsilçisi isə bunun reallaşması üçün qolkiperlə yollarını ayıracaq.