Almaniya millisinin sabiq hücumçusu karyerasını III Liqa klubunda davam ETDİRƏCƏK

Almaniya millisinin sabiq hücumçusu Kevin Folland karyerasını ölkəsinin III Liqa komandası "Münhen 1860"da davam etdirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sözügedən transfer Münhen təmsilçisinə 1,8 milyon avroya başa gəlib.
Qeyd edək ki, bu, Follandın "Münhen 1860" kollektivinə ikinci keçididir. O, daha əvvəl də sözügedən komandanın şərəfini qoruyub. 32 yaşlı vinger eyni zamanda ölkəsində "Bayer 04", "Hoffenhaym" və "Union", Fransada isə "Monako" klubunda çıxış edib. Folland 2014-2021-ci illər aralığında yığmanın heyətinə cəlb olunub.