“Sabah” basketbol klubunun baş məşqçisi yarımfinala yüksəldikləri oyunu şərh ETDİ

“Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis pley-off mərhələsində "Sərhədçi"yə qalib gələrək yarımfinala yüksəldikləri oyunu şərh edib.
Redaktor.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis qələbəyə görə şad olduqlarını bildirib.
"Qələbə qazandığımıza görə şadam. İlk 2 periodda 30 xallıq fərq yaratsaq da, növbəti 2 periodda komadanın sərgilədiyi oyundan razı qalmadım. Bu bizim işimizdir. Hesabdan asılı olmayaraq bunu yüksək səviyyədə görməliyik. Müdafiədə səhvlərimiz oldu. Hər oyundan nəsə öyrənməliyik. Nəticə çıxarmalıyıq", - R.Kurtinaytis vurğulayıb.
Qeyd edək ki, "Sabah" "Sərhədçi" ilə baş tutan ilk matçda 90:64, ikinci oyunda isə 104:77 hesablı qələbəyə sevinib.