"Latsio" Papanın ölümünə görə verilən qərarla razılaşmadı

“Latsio” futbol klubunun prezidenti Klaudio Lotito İtaliya futbol çempionatı rəhbərliyinin turnirin “Cenoa” ilə səfər oyununun aprelin 23-nə təxirə salınması ilə bağlı qərarı ilə razılaşmayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Football Italia” portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Lotito İtaliya Futbol Federasiyasının rəhbərliyi ilə görüş istəyib. Latsio fanat icmasının “Lazio Land” X sosial şəbəkəsindəki səhifəsində bildirdiyi kimi, “Latsio” və “Fiorentina”ya aprelin 21-də keçirilməsi planlaşdırılan səfər oyunlarının bu həftə baş tutmayacağı barədə ilkin məlumat verilib.
Qeyd edək ki, Roma Papası Fransiskin ölümü ilə əlaqədar aprelin 21-də baş tutmalı olan İtaliya çempionatının oyunları aprelin 23-nə təxirə salınıb. Bazar ertəsinə planlaşdırılan oyunlar "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus" idi.
Turan İSMAYIL