Postecoglu “Tottenhem”də antirekordları təkrarlamağa YAXINDIR

 18:40 22.04.2025     216

"Tottenhem"in baş məşqçisi Anqe Postecoğlu klubun antirekordlarını təkrarlaya bilər.

Redaktor.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bir gün əvvəl komanda Premyer Liqanın 33-cü turunda "Nottinqem"ə uduzub. Bu, London klubunun bu mövsümdə 18-ci məğlubiyyətidir.

Komanda sonuncu dəfə 2003/04 mövsümündə belə zəif çıxış edib və 19 məğlubiyyətlə 16-cı yerdə qərarlaşıb.

Həmçinin, “Tottenhem” tarixində Postecoğludan daha çox məğlubiyyətə malik yalnız bir baş məşqçi var. 1993/94 mövsümündə Osvaldo Ardiles 19 oyunda məğlub olub.

Postecoglu hər iki antirekordu təkrarlaya bilər, çünki komandanın hələ də ən azı “Liverpul”, “Arsenal”, “Aston Villa” və “Brayton” ilə oyunları var.

Vumart və Güvən reklamı Vumart Güvən