Futbol üzrə Azərbaycan Kubokunun final oyununun vaxtı DƏYİŞDİRİLDİ

Futbol üzrə Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Həlledici qarşılaşma əvvəlcədən müəyyən olunduğu kimi iyunun 1-də baş tutmayacaq. Həmin tarixdə Bakıda minifutbol üzrə dünya çempionatının finalı keçiriləcəyi üçün ölkə kubokunun görüşü 1 gün əvvələ - mayın 31-nə təsadüf edəcək.
Matç öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.