Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində daha bir oyun keçirildi

 21:12 22.04.2025     295

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində daha bir oyun keçirilib.

Redaktor.az xəbər verir ki, Bakı İdman Sarayında "Abşeron" və "Naxçıvan" kollektivləri üz-üzə gəlib.

Görüş birincilərin 85:79 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında baş tutan ilk matçda "Naxçıvan" (88:83) qalib gəlmişdi.

Bununla da seriyada bərabərlik yaranıb. Yarımfinala yüksələn kollektivin adına üçüncü qarşılaşmadan sonra aydınlıq gələcək.

Qeyd edək ki, daha əvvəl "Sabah", "Neftçi" və "Şəki" yarımfinala vəsiqə qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən