"Abşeron"un baş məşqçisi "Naxçıvan"a qarşı oyunu dəyərləndirdi

 21:59 22.04.2025     93

"Abşeron"un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Naxçıvan"a qarşı keçirdikləri ikinci oyunu dəyərləndirib.

Redaktor.az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, 85:79 hesablı qələbədən məmnun olduqlarını bildirib:

"Bizim üçün çox gözəl bir qələbə oldu. İlk dövrəyə bir qədər pis başladıq. Yaxşı müdafiə oluna bilmədik. Lakin 2-ci dövrədə yaxşı müdafiə olunduq. Bu gün İsmayıl Abdullayev və Ömər Yavaşın komandaya çox faydaları oldu. Təbii ki, digər basketbolçularımızın da əməyini unutmamalıyıq. Qarşıda bu rəqiblə daha bir oyunumuz var. Qələbə qazanaraq yarımfinala adlamaq istəyirik. Rəqibi də gözəl oyuna görə təbrik edirəm. Çox yaxşı komandadırlar. Mənim fikrimcə bu komandalar arasında daha bir oxşar tərzdə görüş izləyə biləcəyik".

Qeyd edək ki, bu gün baş tutan pley-off mərhələsinin ikinci matçında "Abşeron" "Naxçıvan"a qalib gəlib. Əvvəlki qarşılaşmada isə "Naxçıvan" kollektivi (88:83) qələbəyə sevinmişdi. Cütün taleyinə üçüncü qarşılaşmada aydınlıq gələcək.