Mədət Quliyev bu postundan istefa VERDİ

 09:06 24.04.2025     132

Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.