"Real" Vinisiusun əvəzinə onu gətirə bilər

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland, braziliyalı Vinisius Juniorun klubdan ayrılacağı təqdirdə "Real Madrid"in əsas transfer hədəfi olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "Athletic" məlumat yayıb.
Mənbə iddia edir ki, Los Blankos norveçlini 2022-ci ildə, Mançester Sitiyə keçməzdən əvvəl müqavilə imzalamağı planlaşdırırdı - klubun prezidenti Florentino Peres Haalandın oyununun pərəstişkarıdır.
Vinisius daha əvvəl Real Madridin müqaviləsini 2030-cu ilə qədər uzatmaq təklifini rədd etmişdi. Braziliyalı futbolçu ildə 30 milyon avro qazanmaq istəyir, lakin Madrid ona ildə 15-20 milyon avro təklif edir.
Haaland dünyanın ən bahalı futbolçusudur. Transfermarkt-da onun bazar dəyəri 200 milyon avrodur. O, bu mövsüm 40 matçda 30 qol vurub və 4 məhsuldar ötürmə edib.
Turan İSMAYIL