"Barselona"nın yarımmüdafiəçisi La Liqada aprel ayının ən yaxşı oyunçusu SEÇİLDİ

 21:38 24.04.2025     113

İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Pedri La Liqada aprel ayının ən yaxşı oyunçusu seçilib.

Redaktor.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

O, səsvermədə Julian Alvares ("Atletiko"), Georgi Mamardaşvili ("Valensiya"), Xavyer Puado ("Espanyol") və Sergi Darderi ("Malyorka") qabaqlayıb .

22 yaşlı futbolçu bu ay meydana çıxdığı 4 görüşdə yüksək performans sərgiləsə də, qol vura bilməyib.

Qeyd edək ki, Pedri bu mövsüm ilk dəfə La Liqada ayın oyunçusu adına layiq görülüb.