A Seriyasının oyunu başqa tarixə SALINDI

 23:15 24.04.2025     229

İtaliya A Seriyasının XXXIV turunda baş tutmalı olan “Atalanta” – “Leççe” oyunu qonaq komandanın fizioterapevti Qratsiano Fioritanın ölümü səbəbindən başqa tarixə keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Leççe"nin mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanın daha əvvəldən aprelin 25-də oynanılması nəzərdə tutulmuşdu. Lakin məlum səbəbə görə, matç bundan 2 gün sonra - aprelin 27-də reallaşacaq.

Qeyd edək ki, 47 yaşlı klub işçisi otağında ölü tapılıb.