"Qalatasaray"ın Türkiyə Kubokunun finalındakı rəqibi bəlli OLDU

 23:46 24.04.2025     63

"Qalatasaray"ın Türkiyə Kubokunun finalındakı rəqibi bəlli olub.

Redaktor.az xəbər verir ki, bir oyundan ibarət yarımfinal mərhələsində "Göztəpə" kollektivinə 2:0 hesabı ilə qalib gələn "Trabzonspor" həlledici görüşdə İstanbul təmsilçisi ilə üz-üzə gəlmək hüququna yiyələnib.

Qeyd edək ki, digər yarımfinal cütündə "Qalatasaray" "Konyaspor"u 5:1 hesabı ilə məğlub edərək finala adlayıb.