XXXII tura bir oyunla start VERİLDİ

 21:00 25.04.2025     113

Misli Premyer Liqasında XXXII tura bir oyunla start verilib.

Redaktor.az-ın məlumatına görə, “Turan Tovuz” doğma azarkeşlər önündə “Şamaxı” ilə üz-üzə gəlib.

Tovuz şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə nəticələnib.

Meydan sahiblərinin heyətində 54-cü dəqiqədə Kauan Martins fərqlənib. “Şamaxı”dan qolu 56-cı dəqiqədə Brahim Konate rəqib qapısından keçirib.

Bu nəticədən sonra “Turan Tovuz” 49 xalla dördüncü yerdə qərarlaşıb. 6-cı yerdə olan “Şamaxı” isə 35 xala malikdir.

Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.