Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

 15:10 26.04.2025     128

Bu gün Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının  (the Badminton World Federation – BWF ) 86-cı illik ümumi yığıncağı keçirilib.

Redaktor.az xəbər verir ki, 143 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda Azərbaycan Badminton Federasiyasının nümayəndə heyəti də dəvət olunub.

Tədbirdə 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya və eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib.  Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.

22