"Barselona" "Real"ı məğlub edib kubok QAZANDI

Futbol üzrə İspaniya Kral Kubokunun finalında "Barselona" "Real Madrid"lə üz-üzə gəlib.
Redaktor.az xəbər verir ki, gərgin keçən matç Kataloniya klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona"nın heyətində qolları Pedri, Ferran Torres və Jules Kounde vurub. "Real"ın heyətində isə Kylian Mbappe ilə Aurelien Tchouameni fərqlənib.
Qeyd edək ki, bununla "Barselona" tarixində 32-ci dəfə Copa del Rey-i qazanır.
Turan İSMAYIL

