Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə BİLƏR

 09:20 27.04.2025     142

Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki oyun keçiriləcək.

Redaktor.az xəbər verir ki, turun mərkəzi görüşü "Bank Respublika Arena" baş tutacaq.

Saat 20:00-da başlayacaq "Sabah" və "Qarabağ" kollektivlərinin duelində Azərbaycan çempionunun adına aydınlıq gələ bilər. Belə ki, 76 xalla turnir cədvəlinə başçılıq edən Ağdam təmsilçisi bu oyunda məğlub olmayacağı təqdirdə qızıl medalları vaxtından əvvəl özü üçün təmin edəcək.

"Bayquşlar" 39 xalla beşinci sırada yer alıblar.

Günün digər matçında autsayder "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək.

"ASCO Arena" keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.

53 xalı olan naxçıvanlılar turnir cədvəlində üçüncü sırada qərarlaşıblar. "Dənizçilər" 20 xalla sonuncu - onuncudur.

Misli Premyer Liqası

IV dövrə, XXXII tur

27 aprel

17:30. “Səbail” – “Araz-Naxçıvan”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Elman Musayev.

"ASCO Arena"

20:00. “Sabah” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

"Bank Respublika Arena"

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Zirə" isə səfərdə "Kəpəz"ə qalib gəlib - 1:0.