“İnter”in aparıcı futbolçusu “Barselona” ilə oyunu buraxmalı OLACAQ

“İnter”in hücumçusu Marküs Türam Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” ilə birinci oyunu zədə səbəbindən buraxmalı olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Paskal Quarro sosial şəbəkədə yazıb.
“Həkimlərin məqsədi onu “Barselona” ilə ilk oyuna bərpa etmək üçün hər şeyi etmək idi, lakin ümidləri puç oldu. Katalonlarla oyundan sonrakı “Verona” ilə matç da fransalı üçün risk altındadır”, – insayder qeyd edib.
Xatırladaq ki, “Barselona” – “İnter” cütünün birinci oyunu aprelin 30-da Barselonadakı Olimpiya stadionunda, cavab oyunu isə mayın 6-da Milandakı “San-Siro”da baş tutacaq.