"Araz-Naxçıvan" "Səbail"in müqavimətini qıra bilmədi

 19:36 27.04.2025     130

Misli Premyer Liqasının XXXII turunda "Araz-Naxçıvan" səfərdə "Səbail"lə bərabərə qalıb.

Redaktor.az-ın məlumatına görə, "ASCO Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Hesabı qonaqlardan Ülvi İsgəndərov (30) açıb. Marko Nikoliç (76) isə paytaxt təmsilçisinin bərabərlik qolunu vurub.

54 xalı olan naxçıvanlılar turnir cədvəlində üçüncü sırada qərarlaşıblar. "Dənizçilər" 21 xalla sonuncu - onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Zirə" isə səfərdə "Kəpəz"ə qalib gəlib - 1:0.