Premyer Liqa: XXXII turun sonuncu oyununda "Neftçi" "Sumqayıt"la üz-üzə GƏLƏCƏK

Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.
Redaktor.az xəbər verir ki, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olacaq.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək. Bakı klubu 35 xalla yeddinci, "gənclik şəhəri" təmsilçisi 29 xalla səkkizinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
IV dövrə, XXXII tur
28 aprel
20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.