Biznesə qoşulan Hacı Əliyevin dəbdəbəli iş otağı - FOTO

 15:02 28.04.2025     161

Sərbəst gülə üzrə Tokio Olimpiadasının gümüş, Rio de Janeyro Olimpiadasının bürünc medalçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev biznes fəaliyyətinə başlayıb.

Redaktor.az xəbər verir ki, 34 yaşlı idmançı dünya brendlərinin satıldığı mebel və dekor mağazası "Lorenzo Home"a rəhbərlik edir. 

Bakının Xətai rayonunda, Ağ Şəhər parkının yaxınlığında yerləşən mağaza eyni zamanda dizayn və interyerlə bağlı müştərilərin xidmətindədir.

Güləş xalçasını kabinetə dəyişən Hacı Əliyev öz sosial media səhifəsində iş otağının fotosunu paylaşıb (offsideplus.az). 

screenshot_20250428_130346_instagram