“Liverpul” yeni mövsüm üçün 2 futbolçu transfer edəcək

Futbol üzrə İngiltərə Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olan “Liverpul” komandası yeni mövsüm üçün heyətlə bağlı işlərə indidən başlayıb.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Mersisayd təmsilçisi yay transfer dövründə iki mövqeyə oyunçu alacaq. Həmin futbolçular sol cinah müdafiəçisi və hücumçu olacaq.
Namizədlər arasında “Bornmut”dan Din Höysen ilə Miloş Kerkez və “Nyukasl”dan Aleksander İsak var.
Qeyd edək ki, “Liverpul” daha əvvəl Məhəmməd Salah və Vircil van Deyklə müqavilənin müddətini uzadıb.